Qobustanda maşın aşdı: bir ailənin 3 üzvü yaralandı
Bakı-Şamaxı yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün yolun 86-cı kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.
Şəmkir rayon sakini Vüsal Muradovun idarə etdiyi “Hyundai Elantra” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Vüsal Muradov, 1991-ci il təvəllüdlü həyat yoldaşı Gülnar Həsənova və 4 yaşlı övladı Sadiq Muradov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.