Qaxda ərzaq mağazası yarıldı
Qaxda ərzaq mağazasından oğurluq olunub, mağaza sahibinə 1000 manatdan yuxarı ziyan dəyib.
APA TV-nin xəbərinə görə, hadisə sentyabrın 13-də gecə saatlarında Qax şəhəri, Səməd Vurğun küçəsində yerləşən, 54 yaşlı şəhər sakini Fikrət Heydərova məxsus mağazada baş verib.
Fikrət Heydərovun sözlərinə görə, naməlum şəxs və yaxud şəxslər mağazanın qapısını sındırmaqla içəriyə daxil olaraq 800 manat dəyərində tütün məmulatları (siqaret), 200 manatdan yuxarı isə broyler toyuqları və digər ət məhsullarını aparıblar. Fikrət Heydərov özünə məxsus mağazadan oğruluq edilməsi barədə Qax Rayon Polis Şöbəsinə müraciət edib.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.