Misir hərbçiləri meksikalı turistləri güllələdi: 12 ölü

Misirdə İŞİD-ə bağlı 12 turisti öldürüb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, hadisə Əl-Bhat rayonun qərbində səhrada baş verib.

 

Öldürülənlər arasında misirlilərlə yanaşı, Çili, Fransa və Meksika vətəndaşları da var. 10 nəfərin də yaralandığı deyilir.


Daha sonra məlum olub ki, iki meksikalı hadisə baş verən əraziyə gələn hərbi qüvvələrlə terrorçular arasındakı atışma nəticəsində həyatlarını itirib. Əsgərlər onları terrorçu zənn edərək güllələyiblər.


Misirin Turizmin Nazirliyindən bildirilib ki, turistlər qadağan olunmuş əraziyə gediblər. Onların getdiyi bölgə nəzarətsizdir.


Turistlərə atəş dörd cipdən eyni anda açılıb. Misir polisi araşdırmalara başlayıb. Meksika prezidenti isə öz "Twitter" səhifəsində bu hadisədən çox narahat olduğunu yazıb və günahkarların cəzalandırılmasını tələb edib.

Müəllif | Apa.Tv
Apa.tv