"Taliban" 400 məhkumu həbsxanadan qaçırdı
"Taliban"nın Əfqanıstanın Qəzni şəhərindəki həbsxanalardan birinə hücumu nəticəsində 400 nəfər məhbus cəzaçəkmə müəssisəsindən qaçıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, hücum gecə saatlarında həyata keçirilib. Terrorçular 4 qarovulçunu öldürüb, onlarla müəssisə işçisini yaralayıblar.
Əvvəlcə "Taliban"çılar həbsxananın qapısını içərisinə mina yerləşdirilmiş avtomobili partladaraq dağıdıb, sonra isə binanı qumbaraatanlardan atəşə tutublar.
"Əvvəlcə altı silahlı və uniformalı kişi əsas qapıdan içəri keçərək dustaqlara müraciət ediblər. Onlar "biz sizi azad etməyə gəlmişik" deyə qışqırıblar" - deyə Qəzni qubernatorunun müavini jurnalistlər bildirilib.
Məlumatda qeyd olunur ki, məhkumlar həbsxananı uzunluğu təxminən bir kilometr olan xüsusi tunel vasitəsi ilə tərk ediblər.