Gəncədə intihar cəhdi: özünü 8-ci mərtəbədən atmaq istədi

Şəmkir rayon sakini Gəncənin mərkəzində yeni tikilməkdə olan binanın 8-ci mərtəbəsinə çıxaraq intihara cəhd edib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, Tamerlan Ələsgərov özünü 8-ci mərtəbədən atmaq istəyib.

 

Hadisə yerinə FHN-in və Gəncə şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Aparılan danışıqlar nəticəsində Tamerlan Ələsgərovu fikrindən daşındırmaq mümkün olub.

 

İntihar cəhdinin səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv