Dollar və rubl bahalaşdı – RƏSMİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı növbəti günlük valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dolları ötən günə nisbətən manat qarşısında cüzi dəyər qazanıb. Mərkəzi Bank 1 dolların kursunu 1.0476 manat olaraq müəyyənləşdirib. Avro isə manat qarşısında dəyər itirərək 1.1862 manat olub. Rusiya rublu da manat qarşısında cüzi dəyər qazanıb. Hazırda 1000 Rusiya rublunun qiyməti 15 manat 50 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank rəsmi valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. 

Müəllif | Apa.Tv
Apa.tv