Suriyada rus tankları - İTTİHAM

ABŞ rəsmiləri Suriyada Rusiya tanklarının və artilleriya qurğularının aşkarlandığını iddia ediblər. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, adı çəkilən tanklar və hərbi texnika Latakiya əyalətində müşahidə olunub.


Suriyanın ən böyük aviabazalarından biri isə bölgənin Tartus şəhərində Rusiya Hərbi Dəniz Qüvvələrinin möhkəmləndiyi ərazidən təxminən bir saatlıq yolda yerləşir.
 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Moskva Bəşər Əsəd hökumətinə silah dəstəyi verdiyini heç vaxt gizlətməyib.

"Sözsüz, silahla təminat faktları olub və bu, davam edəcək. Burada gizlədiləsi heç nə yoxdur. Biz hər zaman hərbi əməkdaşlıq etmişik", - deyə diplomat əlavə edib.

Xatırladaq ki, Rusiya Suriyada vətəndaş müharibəsi başlayandan Əsəd rejimini dəstəkləyir.

 

Müəllif | Apa.Tv
Apa.tv