Məşhur DJ polisi güllələdi - VİDEO

Rusiyanın Yaroslavl şəhərində yol polisi saxladığı sürücü tərəfindən öldürülüb. APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumat görə, polislər şübhəli avtomobilə yaxınlaşan an sükan arxasındakı şəxs onlara gözləniləmədən tapançadan atəş açıb.
Vladislav Voronov adlı polis zabiti hadisə yerində həyatını itirib. Onun həmkarı isə ağır yaralarla xəstəxanaya çatdırılıb.

Bundan sonra hadisə yerindən qaçmağa cəhd edən şəxs polislər tərəfindən mühasirəyə alınıb.
Hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilib. Qatil şəhərdə məşhur DJ  və musiqiçi kimi tanınan 31 yaşlı Denis Kornilovdur. Kornilov saxlanılan zaman tabe olmaqdan imtina edib və mühasirəyə alındıqdan sonra tapançasını başına dayayaraq polislərin yaxınlaşacağı təqdirdə özünü öldürəcəyini deyib. Daha sonra Denis Kornilov üzərindəki qumbaranı çıxarıb və özünü partladıb.

Araşdırmalar nəticəsində məlum olub ki, Denis Kornilovun sükanı arxasında olduğu avtomobil qaçırılıb. Onun özü isə məşhur DJ olmağına baxmayaraq, dəfələrlə maşın oğurluğuna görə, məhkumluq həyatı yaşayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv