Göygöldə müəmmalı intihar: nişanlı qız özünü asdı
Azərbaycanın Göygöl rayonunda intihar hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Kənd sakini, 1993-cü il təvəllüdlü Xəyalə Mirzəyeva yaşadığı evdə özünü asaraq öldürüb. Xəyalə Mirzəyevanın nişanlı olduğu bildirilir.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.