PKK-dan xain hücum: hərbçilərin maşını partladıldı

Türkiyənin Muş bölgəsində içərisində hərbçilərin olduğu maşın partladılıb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 12 hərbçi yaralanıb. Hadisə Muşun Suluca kəndinin girişində törədilib. PKK terrorçularının əvvəlcədən yola döşədiyi minalar nəqliyyat vasitəsi ərazidən keçərkən partladılıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Bölgədə terrorçuların yaxalanması üçün əməliyyatlar başlanılıb.


 

Müəllif | Apa.Tv
Apa.tv