Əlilliyin verilməsi qaydaları sadələşdirildi - SƏLİM MÜSLÜMOV

Ötən il ölkədə ilkin əlillik təyin olunmuş şəxslərin sayı 7664 nəfər, təkrar əlil hesab edilənlərin sayı 3937 nəfər azalıb. Cari ilin birinci yarısında isə bu azalma müvafiq olaraq 3600 nəfər və 3 min nəfər təşkil edib. APA TV-nin məlumatına görə, bu rəqəmləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov açıqlayıb.

 

Nazir bildirib ki, aparılan təhlillər reabilitasiya səviyyəsinin aşağı olduğu bir şəraitdə əlilliyi olan şəxslərin dəfələrlə təkrar əlillik üçün müraciət etmələrinin həm bu kateqoriyadan olan vətəndaşlar arasında narazılığa səbəb olur.

 

“Necə illərin statistik göstəricilərinə baxırıq ki, reabilitasiya 0-dır. Birinci qrup üzrə hər hansısa bir reabilitasiya olunan insan yoxdur. Prezidentin fərmanına əsasən tapşırıq verilib ki, birinci qrup üzrə əlillik dərhal ömürlük təyin olunsun. İkinci, üçüncü  qruplar üzrə əlillər 5 ildə bir dəfə komissiyadan keçiriləcək. İkinci qrup üzrə komissiyadan keçmə sayını 2 dəfə, üçüncü qruplar üzrə 3 dəfə endirəcəyik. Yəni insanlar indiki kimi ikinci qrup üzrə 11 dəfə yox, cəmi 2 dəfə gələcək, üçüncü dəfədən artıq ömürlük təyin olunacaq. Üçüncü qrup üzrə 30 -40 dəfə yox, 3 dəfə gələcək və 4-də ömürlük əlillik təyin olunacaq”.

 

Nazir bildirib ki , bu ilin sonunadək əlilliyi olan 400 şəxsə avtomobil veriləcək. Onun sözlərinə görə, bu həftənin sonu əlilliyi olan 100 şəxs avtomobillə təmin olunacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova