Şəmkirdə basqın: yaşlı kişi və qadın döyüldü

Azərbaycanın Şəmkir rayonunun Qaracəmilli kəndində yaşlı kişi ilə qadının yaşadığı fermaya basqın olub. APA TV-nin məlumatına görə, basqın edən şəxs ferma sahibi, 79 yaşlı Qəzənfər Hacıyevi və onun həyat yoldaşı, 73 yaşlı Roza Hacıyevanı döyərək müxtəlif bədən xəsarətləri yetirib. Xəsarət alanların qohumları bildirib ki, basqını kənd sakini 19 yaşlı Ürfət adlı oğlan törədib. O, Q. Hacıyevin şəxsi təsərrüfatından heyvan satdığını öyrənib, oğurluq məqsədi ilə onun yaşadığı evə basqın edib. Ev sahibinin oyandığını bilən basqınçı yaşlı insanları döyüb, evdən içərisində 600 manat olan pulqabını aparıb. Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Q. Hacıyevin vəziyyətinin orta-ağır, R. Hazıcyevanın vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə basqın edən şəxs saxlanılıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv