Kəbədə aşan kran Ben Laden ailəsinə məxsus olub

Məkkədə “Binladin Group” tikinti şirkətinə məxsus qaldırıcı kran məscidə aşdıqdan sonra şirkətin Səudiyyə Ərəbistanında fəaliyyətinə qadağa qoyulub.

 

APA TV-nin “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb. 

 

Üsamə ben Ladenin ailəsinin sahibi olduğu şirkətə  Səudiyyə Ərəbistanının ərazisində hər-hansı layihəni gerçəkləşdirməyə qadağa qoyulub. Bundan başqa, şirkətin əməkdaşlarına istintaq dövründə ölkəyə girişinə də qadağa qoyulub.

 

“Binladin Group” isə, qaldırıcı kranın möhkəm bərkidildiyini iddia edərək, baş vermiş hadisənin “Allahın işi” olduğunu bildirib.

 

Xatırladaq ki, faciə nəticəsində 107 nəfər ölüb, 238 nəfər xəsarət alıb.

 

Müəllif | Apa.Tv