YAP hansı deputatların namizədliyini irəli sürməyib? - SİYAHI
Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədliyini irəli sürmədiyi deputatların adları məlum olub. APA TV-nin məlumatına görə, hakim partiya 13 deputatın namizədliyini irəli sürməyib.
Namizədliyi irəli sürülməyənlərin siyahısına ötən parlament seçkilərində 109 saylı Balakən seçki dairəsindən deputat seçilmiş Rəbiyyət Aslanova, 6 saylı Culfa-Babək seçki dairəsindən İsmayıl Hacıyev, 16 saylı Yasamal II seçki dairəsindən Abel Məhərrəmov, 27 saylı Sabunçu II seçki dairəsindən Qalib Salahzadə, 62 saylı Saatlı seçki dairəsindən Cəlal Əliyev, 81 saylı Beyləqan seçki dairəsindən Ayaz Orucov, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Ərəstun Cavadov, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Gülçöhrə Məmmədova, 55 saylı Xaçmaz seçki dairəsindən Arif Əşrəfov, 57 saylı Kürdəmir seçki dairəsindən Fərhad Qəribov, 77 saylı Astara seçki dairəsindən Aslan Cəfərov, 107 saylı Qazax seçki dairəsindən Əhməd Vəliyev və 121 saylı Laçın seçki dairəsindən Nazim Fərəcov daxildir.
Qeyd edək ki, siyahı partiyanın İdarə Heyətinin ötən gün keçirilən iclasında qəbul olunub.