Çempionlar Liqasında qrup mərhələsinin ilk matçları keçirildi - NƏTİCƏLƏR

UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarında matçlar keçirilib.

A qrupunda Madrid “Real”ı “Şaxtyor”u darmadğın edib - 4:1, PSJ isə “Malmö”yə qalib gəlib - 2:0

 

B qrupunda “Mançester Yunayted” səfərdə PSV-yə məğlub olub - 1: 2. Qrupun digər matçında isə “Volfsburq” Moskva MOİK-ini üstələyib - 1:0.

 

Azərbaycanlı azarkeşlər üçün gecənin ən maraqlı qarşılaşması C qrupunda baş tutub. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” öz meydanında “Atletiko” ya yenilib- 0: 2. ÇL-in debütantı “Astana” isə “Benfika” səfərindən məğlub dönüb - 0:2.

 

Gecənin digər maraqlı qarşılaşması D qrupunda “Mançester Siti” və “Yuventus” komandaları arasında keçirilib. Son finalçı və İtaliya A seriyasının cari mövsümündə özünə bənzəməyən “Qoca sinyora"nın İngiltərədə hansı nəticəyə imza atacağı maraqla gözlənilirdi. Görüş italyanların qələbəsi ilə başa çatıb - 1:2.

Qrupun digər görüşündə isə “Sevilya” “Borussiya”nı udub - 3:0.

Müəllif | Apa.Tv
Apa.tv