Bakıda qadını soyan iki qardaş tutuldu
Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq cinayəti törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. APA TV-nin məlumatına görə, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı əvvəllər dəfələrlə məhkum olunan Bakı şəhər sakinləri, Nicat Xıdırov və qardaşı Samir tutulublar. Hər iki şəxs sentyabrın 11-də saat 13 radələrində M. Əhmədzadə küçəsində 1938-ci il təvəllüdlü Tamella İsmayılovanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda təqsirli bilinirlər. Onlar əməllərini etiraf ediblər.
"Metronun Nərimanov stansiyasının yaxınlığında yaşlı bir qadının bizə tərəf gəldiyini gördük. Qardaşıma onun boynundakı boyunbağını işarə verdim. sonra onun arxasınca getdik".
"Qadın bloka girəndə qardaşım onun boyunbağısını dartıb çıxartdı. Qadın qışqırdı, bu zaman onu itələdik. O, divara dəydi. Biz qaçdıq. Qızılı isə aparıb satdıq".
Polis əməkdaşları Nicat və Samir Xıdırov qardaşlarının analoji cinayətlərinin sayının artacağını istisna etmir.