Bəşər Əsəd: "Qərb koalisiyası göydən yerə enmək istəmir"

Suriya prezidenti Rusiya KİV-lərinə müsahibə verib. APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, Bəşər Əsəd Yaxın Şərqdə baş verən proseslərə, terrora qarşı mübarizəyə və ABŞ və Avropa İttifaqının bu istiqamətdə ortaya qoyduğu mövqeyə toxunub. Jurnalistlərin İŞİD-lə bağlı suallarını cavablandıran Suriyanın dövlət başçısı bildirib ki, terrorçu qruplaşmaya qarşı koalisiya yaradılmasını dəstəklədiyi bildirib. Lakin bu koalisiyada Suriyanın da iştirakını vacib hesab etdiyini deyib.

"Biz Rusiya və İran kimi dost ölkələrlə əməkdaşlığımızı indi də davam etdiririk, həmçinin bizim kimi terrora qarşı mübarizə aparan İraqla da münasibətlərimiz yaxşı səviyyədədir. Biz terrora qarşı hazırda mübarizə aparan digər ölkələrlə də bu yöndə əlaqələr qurmağa hazırıq. Amma bu birlik yalnız İŞİD-ə qarşı olmamalı və yalnız ABŞ-ın rəhbərliyi altında aparılmamalıdır. Baş verənlər göstərir ki, terrorçulara qarşı Qərbin başladığı əməliyyatlardan sonra İŞİD, əksinə daha da intensivləşib. Qərb koalisiyasında heç nə alınmır. Onlar bu mübarizədə heç cür havadan yerə enmək istəmirlər. Bizdə olan informasiyalara görə, qərblə - xüsusi ilə ABŞ və Fransa ilə əməkdaşlıq edən Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər kimi dövlətlərin İŞİD-lə əlaqələri var”, - deyə Əsəd qeyd edib. 

Müəllif | Apa.Tv
Apa.tv