Azərbaycan 23 yaşlı oğlanı beynəlxalq axtarışa verdi

Azərbaycanın hüquq-mühafizə orqanları 23 yaşlı oğlanı beynəlxalq axtarışa verib.

 

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1992-ci il təvəllüdlü Ramiz Məmmədov dələduzluqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

 

Hazırda R. Məmmədovun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv