Ağdamda fəhlə ehtiyatsızlığın qurbanı oldu
Ağdamın Əhmədağalı kəndində cərəyan vurmasından ölüm faktı qeydə alınıb. APA TV xəbər verir ki, rayonun Əhmədağalı kənd məktəbinin təmirində fəhlə kimi çalışan Ucar rayon sakini Nuriyev Nurlan Şəmsi oğlu cərəyan vurmasından yerindəcə keçinib. 1988-ci il təvəllüdlü N. Nuriyevi cərəyan təhsil müəssisəsinin həyətində yaşıl örtüyü sulayarkən vurub. İlkin ehtimala görə, həmin vaxt yaxınlıqda yerə düşmüş elektrik yüklü naqilə məhəl qoymayan gəncin ehtiyatsızlığı onun ölümünə səbəb olub.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.