Bakıda güclü külək əsəcək, leysan gözlənilir - HAVA PROQNOZU

Sentyabrın 17-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

 

Havanın temperaturu gecə 20-22, gündüz 24-26 dərəcə isti olacaq.  

 

Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacaq, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək.

 

Havanın temperaturu gecə 17-22, gündüz 24-28, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv