Şəmkirdə 34 yaşlı kişi bıçaqlanıb
Şəmkir rayon sakini bıçaqlanıb.
APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, rayonun Əliyaqublu kənd sakini, 1981-ci il təvəllüdlü Rəşad Məmmədov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Rəşad Məmmədovun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.