Astarada 52 yaşlı qadın dərəyə yıxılaraq yaralandı
Astara rayon sakini dərəyə yıxılaraq, ağır xəsarət alıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Əsxənəkəran kəndində qeydə alınıb. Kənd sakini, 52 yaşlı İradə Balağa qızı Xudatova fərdi təsərrüfatında işləyərkən ehtiyatsızlıq səbəbindən dərəyə yıxılıb. Çoxsaylı bədən xəsarətləri almış qadın Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanada yaralı qadına tibbi yardım göstərilib, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.