Bakı-Sumqayıt yolunda ağır qəza: iki ölü, çoxlu yaralı var
Bakı-Sumqayıt yolunda, Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində ən azı iki nəfər ölüb, çoxlu sayda insan xəsarət alıb. Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən APA-ya hadisə nəticəsində iki nəfərin ölməsi vaxtını təsdiqləyiblər. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb. Hələlik ölən və yaralananların şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.