Abşeron və Binəqədidə bıçaqlanma!

Ötən gecə Abşeron və Bakının Binəqədi rayonlarında bıçaqlanma hadisələri baş verib. APA TV-nin məlumatına görə, 3 saylı Şəhər Kliniki Xəstəxanasına müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə 17 yaşlı İman Səhman oğlu Cəfərov gətirilib. Həkimlər ona qarının və biləyin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Əməliyyat olunan xəstənin vəziyyəti stabil qiymətləndirilir. Faktla bağlı ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə xəbər verilib. Məlum olub ki, hadisə Qara Qarayev prospektində yerləşən parklardan birində baş verib. Hazırda cinayəti törədən şəxsin axtarışları davam edir.

 

Gecə saatlarında 1 saylı Şəhər Klinik Xəstəxanasına da bıçaq xəsarətləri almış yaralı gətirilib. Məlum olub ki, bıçaqlanan şəxs Abşeron rayonunun Quşçuluq massivində yaşayan 26 yaşlı Sahib Qiyamət oğlu Əliməmmədovdur. Ona sol budun yuxarı 1/3-nin deşilmiş yarası diaqnozu qoyulub. Abşeron polisi faktla bağlı araşdırmalara başlayıb.

 

Müəllif | Apa.Tv