Metropolitenin rəis müavini: "Nəqliyyatda problemlər çoxdur"

Metropolitenin inşaat üzrə rəis müavini Rizvan Bayramov deyir ki, metropolitenə vahid kart sisteminin tətbiqi ilə bağlı bir sıra ictimai qurumlardan sorğu daxil olub. Rizvan Bayramov nəqliyyatda tətbiq olunması nəzərdə tutulan vahid kart sisteminin metroda da istifadə olunması məsələsinin hələki mümkin olmadığını deyir. Bunun üçün ilk növbədə yerüstü nəqliyyatın problemlərinin aradan qaldırılmasını vacib hesab edir. 

 

Rizvan Bayramov APA TV-yə metrostansiyalarında quraşdırılan gedişhaqqı yükləmə qurğularında yaranan problemin də artıq aradan qaldırıldığını deyir.

 

O ki qaldı hazırda təmirə bağlanan metronun 28 may stansiyasının əsas çıxışının nə zaman açılacağına, Rizvan Bayramov deyir ki, yeni tədris mövsümünün başlaması və sərnişinlərin sayının artmasını ilə bağlı stansiyanın Cəfər Cabbarlı meydanı istiqamətində əsas çıxış yenidən açılacaq və sərnişinlərin sentyabrın 16-dan bu çıxışdan da istifadə etməsi üçün şərait yaradılacaq.
 

Müəllif | Apa.Tv