Çilidə 8,3 bal gücündə zəlzələ: sunami baş verdi - VİDEO

Çilidə 8,3 bal gücündə zəlzələ baş verib. 1 nəfər ölüb, 15-ə yaxın insan xəsarət alıb. Qadın, dağılan restoran divarının altında  qalaraq ölüb. Şəhərdəki bir sıra binalara ziyan dəyib, evlərdə çatlar əmələ gəlib.

 

APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İlyapel şəhərindən 46 km şimal-qərbdə, paytaxt Santyaqodan 228 km şimalda, ocağı isə 8,3 km dərinlikdə yerləşib. Çili sahillərində zəlzələdən sonra sunaminin baş verdiyi bildirilir. Bəzi ərazilərdə dalğaların hündürlüyü 3 metri ötüb.

Bir qədər sonra İlyapel şəhərindən 25 km qərbdə 6,4 bal gücündə zəlzələ qeydə alınıb. Çili hökuməti sunami təhlükəsi ilə əlaqədar sahilyanı ərazilərdən əhalini təxliyə etmək qərarına gəlib. Paytaxt Santyaqoda minlərlə insan küçələrə axışıb. Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

 

Sakit okean Sunami Xəbərdarlıq Mərkəzi Peru sahillərində də sunami təhlükəsinin olduğunu bildirib.

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv