Qusarda güclü leysan: 4 ev çökdü
Dünən axşam saatlarında şimal bölgəsinə yağan güclü yağış bir sıra fəsadlar törədib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, nəticədə Qusar rayonunda 4 yaşayış evi çöküb.
Qusar rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzov deyib ki, çökən evlərdən üçü Qusar şəhərində, digəri isə rayonun Çiləgir kəndində yerləşir.
Leysan nəticəsində bəzi yaşayış evlərini su basıb. Əraziyə texnika cəlb olunub.
Leysan Quba rayonunda da fəsadlar törədib. Rayonda bəzi evləri su basıb, elektrik enerjisinin verilməsində fasilə yaranıb.