Qusarda parlament seçkilərinə hazırlıq başladı

Respublikanın bütün rayonlarında olduğu kimi Qusarda da parlament seçkilərə hazırlıq işləri sürətlə gedir. 51 saylı Qusar Seçki Dairəsinin bütün məntəqələri lazımi avadanlıqlarla təmin edilib. Hazırda seçici siyahılarının son dəqiqləşdirmə prosesi gedir.

 

51 saylı Qusar Seçki Dairəsinin 62 məntəqəsi var. Onlardan 9-u Qusar şəhərində, 53-ü isə kəndlərdə yerləşir. Dairə üzrə seçicilərin ümumi sayı 45 min 32 nəfərdir. Seçicilərin sayı mindən çox olan 2 məntəqədə əlillər üçün də tam şərait yaradılıb. Onlar üçün pandus keçidlər quraşdırılıb.  Bu günə kimi parlament seçkilərində namizədliyini irəli sürmək üçün dairəyə 4 nəfər müraciət edib.

 

51 saylı DSK-nın sədri Cəlil İbrahimovun sözlərinə görə, VHP-dən 1, Milli Dirçəliş Hərəkatı Partiyasından 1, Ümid Partiyasından 1, Bütöv Azərbaycan Xalq Cəbhəsindən 1 nəfər müraciət edib. Həmin şəxslərin namizədliyinin irəli sürməsi DSK tərəfindən təsdiqlənib və onlara imza vərəqələri verilib.

 

Qusarda seçici sayı mindən çox olan 10 məntəqədə veb kameraların da quraşdırılması nəzərdə tutulub.

 

Müəllif | Apa.Tv
Vəli Turan