Tovuz sakininin evinə basqın edildi

Tovuzda quldurluq hadisəsi baş verib. Rayonun Alakol kəndində 54 yaşlı İsaq İsayevin evinə daxil olan iki nəfər maskalı şəxs onun əl-ayağını bağlayaraq pul tələb edib. Evdə olan qızıl və pulların yerini öyrənməyə çalışan maskalılar ev sahibinə boğaz və çiyin nahiyəsindən  xəsarətlər yetiriblər.

 

Zərərçəkənin qohumlarının bildirdiyinə görə, maskalı şəxslər evdən 40 manat pul və qızıl sırğa aparıblar.

 

"Deyib ki, pulun yerini de. Cavab verib ki, pul yoxdur, cibimdə nə varsa, apar. Sonra yuxarı aparıb, stola bağlayıb, evi dağıdıblar"

 

İsaq İsayev isə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

 

Qeyd edək ki, 54 yaşlı İ. İsayev iki qız övladı ilə yaşayır. O, rayon Qaz İstismar Sahəsinin əməkdaşıdır.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli