Azərbaycanda avro və rubl bahalaşmağa başladı

Azərbaycan Mərkəzi Bankı həftənin növbəti valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, həftə içi bahalaşmaqda olan ABŞ dolları bu gün manat qarşısında dəyərini itirib. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 1.0477 manatdır. Avro və rubl isə bahalaşmaqda davam edir. Mərkəzi Bank avronun dəyərini 1.1838 manat olaraq açıqlayıb. 1000 Rusiya rublu isə bahalaşaraq 16 manat təşkil edib.

 

Xatırladaq ki, Mərkəzi Bank həftə içi hər gün valyutaların yeni məzənnəsini açıqlayır. 

Müəllif | Apa.Tv
Apa.tv