"Mitsubishi" "Mercedes"lə toqquşdu

Bu gün günorta saatlarında Nizami rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, "Mercedes Sprinter" markalı avtomobil Naxcivanski küçəsində əks istiqamətdə hərəkət edən "Mitsubishi" markalı maşının qarşısına çııxıb və iki avtomobil toqquşub. Nəticədə "Mitsubishi" zərbənin gücündən aşıb.

 

Hadisə yerində olan Nizami Rayon Yol Polis İdarəsinin əməkdaşlarının verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər - "Mitsubishi"nin sürücüsü xəsarət alaraq xəstəxanaya göndərilib.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv