Gədəbəydə meşəbəyi ata və oğulu meşədə döydü

Gədəbəyin Dəlikdaş meşəsində dava olub.


APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayonun Heriknaz kənd sakini, 1964-cü il təvəllüdlü Səlim Abbasov meşəyə odun toplamağa getdiyi vaxt meşə mühafizəçisi, Vilayət adlı şəxslə aralarında mübahisə olub və Səlim Abbasov döyülüb. Köməyə gələn oğlu, 1988-ci il təvəllüdlü Rüstəm Abbasova da bədən xəsarətləri yetirilib. Ata və oğul müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Onların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı Gədəbəy  rayon Polis Şöbəsində araşdırma aparılır.

   

Müəllif | Apa.Tv
Apa.tv