Sumqayıtda 4 piyadanı maşın vurdu, onlardan 3-ü öldü

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, magistralın 48-ci km-də, Azərbaycanın Sumqayıt şəhəri ərazisində “Hyundai” markalı avtomaşın yolu kənarında dayanan 4 piyadanı vurub. Onlarda 3-ü ölüb, bir nəfər isə xəsarət alıb. “Hyundai”ın sürücüsü də xəsarət alıb.


Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv