Bakı-Sumqayıt qatarı qadını vuraraq öldürdü

Bakıda qadını qatar vurub.


Daxili İşlər Nazirliyinin (DİN) Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün Keşlə qəsəbəsində Bakı-Sumqayıt xətti ilə hərəkətdə olan sürət qatarı 35-40 yaşlarında qadını vurub. Nəticədə qadın aldığı xəsarətdən yerindəcə keçinib. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv