Amerikalı generaldan etiraf: “Suriyada məqsədimizə çata bilməyəcəyik”

"Hazırda Suriyada İŞİD-ə qarşı amerikalı hərbi mütəxəssislərinin hazırlıq keçdiyi cəmi 4-5 döyüşçü döyüşür". APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bu açıqlama ABŞ Senatında verilib. Senatda sualları cavablandıran Pentaqon rəsmisi Vaşinqtonun bu ilin mayından start verdiyi layihənin uğursuzluğa düçar olduğunu deyib. Həmin vaxt ABŞ hərbi mütəxəssislərinin qarşısına terrorçuluqla mübarizəyə qarşı suriyalı 5400 döyüşçünün hazırlaşdırılması məqsəd qoyulmuşdu.


Müzakirələr zamanı Nebraskadan olan senator Deb Fişerlə ABŞ-ın ümumiləşdirilmiş hərbi qüvvələrinin komandanı Llloyd Ostin arasında maraqlı dialoq alınıb:


"Bu müddət ərzində proqrama uyğun olaraq Suriyada cəmi 60 döyüşçüyə təlim keçmək mümkün olub. İndi deyə bilərsinizmi, hazırda onlardan neçəsi döyüşür", deyə Deb Fişer sual ünvanlayıb.

Generalın cavabı daha çox etirafa bənzəyib:

"Çox az. Əgər döyüşənlərdən danışırıqsa, cəmi 4-5 nəfərdirlər".

Senatorun "amma bizim hələ də ora 12 min əsgər göndərmək məqsədimiz var, deyilimi?" sualına isə Lloyd Ostin belə açıqlama verib:

"Bu templə biz qarşımıza qoyduğumuz məqsədimizə sözsüz ki, çata bilməyəcəyik".

Generalın bu cavablarını Senatın müdafiə komitəsinin rəhbəri Con Makkeyn sərt tənqid edib:

"Bu dəhşətli iflasdır. Qaçqınlar da məhz bu iflasın nəticəsidir".

Xatırladaq ki, suriyalılara hərbi təlimlər keçirilməsi ABŞ-ın Yaxın Şərqdə yeritdiyi hərbi siyasətin əsas strateji xətlərindən birini təşkil edirdi. Hazırlaşdırılan 60 suriyalı isə "Əl-Nüsra Cəbhəsi" ilə döyüşə göndərilib və demək olar ki, hamısı öldürülüb. Onlardan yalnız bir-neçə nəfər qaçmağa müvəffəq olub.

Müəllif | Apa.Tv
Apa.tv