Tovuzda 21 yaşlı gənci ilan sancdı

Tovuz sakinini ilan sancıb.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayonun Əyyublu kənd sakini, 1994-cü il təvəllüdlü Röyal İsmayılov sol ayağının ilan sancması yarası ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Yaralıya dərhal tibbi yardım göstərilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, Röyal İsmayılov şəxsi təsərrüfatında işləyərkən ilan onu sancıb.
 

Qeyd edək ki, son 3 ayda Tovuzda 15-dən çox adamı ilan sancıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli