Prezident Kürdəmirdə bir sıra sosial obyektlərin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev Kürdəmir  rayonuna səfərə gəlib.

 

APA TV-nin “Azərtac”a istinadən yaydığı məlumata görə, dövlət başçısı əvvəlcə rayon mərkəzində Heydər Əliyev adına parkda ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

 

Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Prezident İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Daha sonra prezident Kürdəmir şəhərində Bayraq Meydanının açılışında iştirak edib. Meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb. Dirəyin yerləşdiyi üst meydançada dövlət himninin, dövlət gerbinin və Azərbaycanın xəritəsinin təsvirləri yerləşdirilib.

 

Prezidenti İlham Əliyev daha sonra Kürdəmirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçasının, Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında da iştirak edib. Açılış mərasimindən sonra prezident İlham Əliyev burada sakinlərlə görüşüb. Daha sonra Prezidenti İlham Əliyev sentyabrın 17-də Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində bu yolun Ağsu-Kürdəmir hissəsinin açılışında iştirak edib. Ümumi dəyəri 102 milyon manat olan layihənin icrasına 2014-cü ilin iyul ayında başlanıb. Ümumi uzunluğu 108 kilometr olan yolun 37 kilometrlik Ağsu-Kürdəmir hissəsində tikinti işləri başa çatıb.

 

Səfər çərçivəsində Prezidenti İlham Əliyev Kürdəmirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub, muzeyin yerləşdiyi Qələbə parkına gəlib.

 

Daha sonra Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasının açılışında iştirak edən Prezidenti İlham Əliyev binada yaradılan şəraitlə tanış olub. 

Müəllif | Apa.Tv
Apa.tv