"Qəbələ” qrup mərhələsindəki ilk oyununda 1 xal qazandı

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycan təmsilçisi “Qəbələ” Avropa Liqasının qrup mərhələsində ilk oyununda öz meydanında Yunanıstanın PAOK klubu ilə qarşılaşıb. Oyun 0-0 hesabı ilə bitib və “Qəbələ” ilk xalını qazanıb.

 

Qeyd edək ki, “Qəbələ” qrup mərhələsinə qədər təsnifat mərhələsində uğurlu çıxış göstərərək “Dinamo” (Gürcüstan), “Çukariçki” (Serbiya), “Apollon” (Kipr) və “Panatinaikos” (Yunanıstan) klublarını mübarizədən kənarlaşdırıb.

Müəllif | Apa.Tv
Apa.tv