"Qarabağ" Londondan məğlub qayıdır - QOLLAR

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçirilib. APA TV-nin məlumatına görə, təmsilçimiz “Qarabağ” bu mərhələdə ilk oyununa çıxıb.

 

Çempionumuz Londonda “Tottenhem”in qonağı olub. Matça təmsilçimiz sürətli başlayıb. Bunun nəticəsində Ağdam klubu erkən qola sevinib. Qarşılaşmanın 7-ci dəqiqəsində Riçard Almeyda penalti zərbəsini dəqiq yerinə yetirib.

 

Ancaq bu qoldan sonra hücumları artıran londonlular 20 dəqiqə sonra cavab qolunu, bundan bir dəqiqə sonra isə 2-ci qolu ağdamlıların qapısından keçirdiblər. Hər iki halda koreyalı hücumçu Son fərqlənib.

 

Oyunun sonlarında isə Erik Lamela matçda son nöqtəni qoyaraq nəticəni elan edib: 3-1.

Müəllif | Apa.Tv
Apa.tv