Azərbaycanda avro bahalaşdı, dollar ucuzlaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı həftənin son valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının rəsmi məzənnəsi 1.0473 manat qəbul edilib. Avro isə manat qarşısında dəyər qazanıb. Mərkəzi Bank 1 avronun dəyərini 1.1935 manat olaraq müəyyənləşdirib. Dünən sürətlə bahalaşan Rusiya rublunun kursunda isə dəyişiklik yoxdur, 1000 Rusiya rublunun məzənnəsi yenə də 16 manatdır.
Qeyd edək ki, Mərkəzi bank növbəti valyuta məzənnələrini bazar ertəsi açıqlayacaq.