Bakıda 64 yaşlı kişi qollarını doğradı
Bakıda intihara cəhd olub. Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, paytaxt sakini, 1951-ci il təvəllüdlü Eldəniz Əşrəf oğlu İsmayılov intihar etmək məqsədi ilə yaşadığı evdə hər iki qolunun damarlarını doğrayıb. Təcilli olaraq xəstəxanaya çatdırılan Eldəniz İsmayılovun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.