Misirdəki diplomatik nümayəndəliyimiz fəaliyyətini tam bərpa edəcək

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində prezident seçkiləri ilə bağlı 38 məntəqə yaradılıb. Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev məlumat verib.

 

Elman Abdullayev yaxın vaxtlarda Misirdəki Azərbaycan diplomatik nümayəndəliyinin tam tərkibdə fəaliyyətini bərpa edəcəyini deyib.

  

Xatırladaq ki, hazırda Azərbaycanın Misirdəki səfirliyində 2 diplomat çalışır. Digər diplomatlar avqustun sonlarında Misirdə vəziyyətin kəskinləşməsindən sonra bu ölkədən təxliyyə edilib.

 

Müəllif | Apa.Tv