Bu gün Üzeyir Musiqi Günüdür
Bakıda Üzeyir Hacıbəylinin 130 illik yubileyi ilə əlaqədar təntənəli mərasim keçirilib. APA TV-nin məlumatına görə, əvvəlcə bəstəkarın məzarını ziyarət ediblər.
Daha sonra Milli İncəsənət Muzeyinin bağında yerləşən “Güllələnmiş heykəllər” abidəsi ziyarət edilib. Bakı Musiqi Akadmiyasının rektoru Fərhad Bədəlbəyli onun musiqisinin bütün dünyada qəbul edildiyini deyib:
"Vasif Adlgözəlov onu yaxşı adlandırıb. Musiqimizin peyğəmbəri. Bu doğrudan belədir. Bütün musiqi uğurlarımız Uzeyir bəylə bağlıdır. Çünki Üzeyir bəy olmasaydı bizdə nə musiqi təhsili olardı, nə opera, heç bir şey olmazdı. Baxın, Uzeyr bəyin musiqisi Amerikadan başlayaraq Kaliforniyadan Çinə qədər hər yerdə səslənir".
Tədbir Bakı Musiqi Akademiyasının qarşısında davam etdirilib. Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyi və 18 sentyabr - Milli Musiqi Günü münasibəti ilə təntənəli mərasim keçirilib.
Mərasimdə Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri Üzeyir Hacıbəylinin əsərlərini səsləndirib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarın doğum gününün Azərbaycan xalqı üçün musiqi bayramına çevrildiyini bildirib.
Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinə xidmətləri barədə danışıb, onun xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğulayıb.
"Bu gün Azərbaycanda Üzeyİr Hacıbəylinin doğum günü ilə əlaqədar artıq bir ənənə halına çevrilmiş musiqi bayramı keçirilir. Bu bayram hamının gözlədiyi bayramdır".