Saatlıda yanan maşında 2 nəfər xəsarət alıb
Saatlıda aşaraq yanan maşında 2 nəfər xəsarət alıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad-Saatlı avtomagistralının 1-ci kilometrliyində baş verib. Saatlı rayonunun Bəylik kənd sakini, 1986-cı il təvəllüdlü Tarverdiyev Natiq Məhəmməd oğlu idarə etdiyi “VAZ 21011” markalı “10 FE 094” dövlət nömrə nişanlı avtomobili yoldan çıxararaq aşırıb. Nəticədə avtomobil alışaraq yanıb. Avtomobilin sürücüsü və orada olan sərnişin 1993-cü il təvəllüdlü Tarverdiyeva Aysel Ərşad qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Saatlı rayon xəstəxanasına yerləşdirilib. Yanğının söndürülməsinə cəlb olunan Saatlı Yanğından Mühafizə Xidmətinin avtomobili və canlı qüvvəsi yanan avtomobili söndürüb, ətrafda olan yaşıllıq yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.