Tovuzda oğrular mağazaya girdi

Tovuzda mağaza yarılıb. APA TV-nın Qərb bürosunun verdiyi məlumata görə hadisə Tovuz şəhərində qeydə alınıb. Oğrular dükanın pəncərəsini sındıraraq içəridən 20 manat qəpik pul, bahalı içkilər və siqaretlər aparıblar. Mağaza sahibi bildirib ki, oğurluq hadisəsi müşahidə kamerası tərəfindən lentə alınıb. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv