Bakıda müəmmalı hadisə: nazirlik işçisi ağır xəsarət aldı

Gecə  saatlarında Bakının Sabunçu rayonunda  müəmmalı hadisə baş verib.

 

APA TV-nin məlumatına görə, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 45 ünvanında yaşayan 44 yaşlı Yeganə İsmayılova yaralı vəziyyətdə xəstəxanaya gətirilib. O, yaşadığı mənzildə yıxıldığını və qarın nahiyəsinə dəmir batdığını bildirib.

 

Dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılan yaralı qadına qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yeganə İsmayılovanın vəziyyəti ağır olduğu üçün əməliyyat olunub. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

 

Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə  məlumat  verilib. Polis əməkdaşları Yeganə İsmayılovanın hansı şəraitdə xəsarət aldığını araşdırır.

 

Qeyd edək ki, müəmmalı şəraitdə xəsarət alan Yeganə Fətəliyeva nazirliklərdən birinin əməkdaşıdır.

Müəllif | Apa.Tv