Goranboyda 22 yaşlı gənc bıçaqlandı
Goranboy sakini özünü güllələyib.
APA TV-nin Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində qəsəbə sakini Fariz Qasımov tapdığı tüfəng patronu ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Goranboyda bıçaqlanma hadisəsi də qeydə alınıb.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayonun Qaradağlı kənd sakini, 1993-cü il təvəllüdlü Orxan İmamquliyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Dərhal əməliyyat edilən yaralının vəziyyəti ağır qiymətləndirilir. Orxan İmamquliyevin kim tərəfindən bıçaqlandığı hələ ki, bilinmir.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.