Sabah hava yağmursuz olacaq

Sentyabrın 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Gecə 18-22, gündüz 25-29 dərəcə isti olacaq.

 

Bölgələrdə də hava  əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

 

Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlıq ərazilərdə gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv