Lənkəranda yaşayış evi yandı

Lənkəranda fərdi yaşayış evində güclü yanğın olub.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Sabir küçəsi-61 ünvanında 50 yaşlı Elşad Həmidova məxsus evdə qeydə alınıb.

 

Yanğın zamanı ev sahibləri evdə olmadığından, hadisədən ilk olaraq qonşular xəbər tutub və dərhal bu barədə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinə məlumat veriblər. Hadisə yerinə vaxtında cəlb edilmiş iki yanğınsöndürən maşının və canlı qüvvənin səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

 

Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 260 kv. m olan 2 mərtəbəli,  5 otaqlı evin 1 otağı içərisindəki əşyalarla birlikdə 30 kv. m sahədə yanaraq yararsız vəziyyətə düşüb.

 

Yanğının səbəbləri həyata keçirilmiş ekspertizanın verəcəyi yekun rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv