Bakıda 27 yaşlı gənci bıçaqladılar

Ötən gecə Bakının Binəqədi rayonunda 27 yaşlı gənc bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə Biləcəri qəsəbəsinin mərkəzində qeydə alınıb.

 

Yaralı gənc dərhal yaxınlıqdakı şəxslərin köməyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Araşdırma zamanı məlum olub ki, naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanan 27 yaşlı Mərahim Əliyevdir. O, dərhal əməliyyat olub. Həkimlərin bildirdiyinə görə, həyati təhlükəsi sovuşub.

 

Həkim-cərrah Alim Məmmədov bildirib ki, Mərahim Əliyev xəstəxanaya ağır vəziyyətdə gətirilib: "Müayinə zamanı ona döş qəfəsinin arxa sol hissəsinin kəsilmiş-deşilmiş yarası müəyyən edilib. Vəziyyətinin ağırlığı zamanı o, dərhal əməliyyata götürüldü. Əməliyyat zamanı arteriyadan qanaxma və sol ağ ciyərin aşağı payında yara müəyyən edildi. Dərhal bu hallar aradan qaldırıldı və hazırda xəstənin həyatı üçün təhlükə sovuşub".

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv